CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sevda Ələkbərzadədən nostalji fotolar

Sevda Ələkbərzadə həmçinin 19 yaşı olarkən ilk solo konsertindən olan fotonu da izləyiciləri ilə bölüşüb
Sputnik

BAKI, 25 oktyabr — Sputnik. Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadə sosial şəbəkədə maraq doğuran addım atıb. Sputnik Azərbaycan xəbər verir ki, müğənni arxiv fotolarını öz "Instagram" profilində paylaşıb.

O, yayımladığı fotolara "hə dostlar, 90-lara səyahət davam edir. Burda 15 yaşım var, 7-17 müsabiqəsindən" sözlərini yazıb. Sevda Ələkbərzadə həmçinin 19 yaşı olarkən ilk solo konsertindən olan fotonu da izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, sevilən müğənni "Aypara" qrupunda ifaçı kimi fəaliyyətə başlasa da, RAST qrupunda solist-ifaçı kimi daha çox tanınıb. Əməkdar artist caz, xalq musiqisi və muğam janrlarında ifa edir.