İDMAN

Bizim Maksim ilk və təkdir, amma antirekordda

Ümumilikdə Azərbaycan klubları avrokuboklarda 9-cu dəfə avtoqola üzülüb. “Qarabağ”la “Qəbələ” daha çox – hərəyə 3, “Neftçi” 2, “Dinamo” (sonrakı “Bakı”) 1 dəfə belə uğursuzluq yaşayıb
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ” – APOEL oyununda avtoqol qeydə alınıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, 2:2 hesabı ilə başa çatan görüşdə Kipr klubunun ilk qolunu Nikolas İoannisin vurduğu təsiri oyansa da, bu top avtoqol kimi tarixə düşüb. Rəsmi mənbələr topa toxunan Maksim Medvedevi avtoqol müəllifi kimi tanıyıb. Bu, müdafiəçinin avrokuboklarda ikinci belə uğursuzluğudur.

"Qarabağ" ürəkləri yerindən oynatdı, amma...

“Qarabağ”ın vitse-kapitanı 2017/18 mövsümündə Çempionlar Liqasında da belə halla üzləşmişdi. O, “Çelsi” ilə Londondakı qarşılaşmada (0:6) “qapıları səhv salmışdı”.

Bununla da müdafiəçi Azərbaycan klublarının avrokuboklardakı çıxışları tarixində yeni antirakordun müəllifi olub. M.Medvedev qitəmiqyaslı klub turnirlərində 1-dən çox avtoqol edən ilk və yeganə oyunçudur.

Ümumilikdə isə Azərbaycan klubları avrokuboklarda 9-cu dəfə avtoqola üzülüb. “Qarabağ”la “Qəbələ” daha çox – hərəyə 3, “Neftçi” 2, “Dinamo” (sonrakı “Bakı”) 1 dəfə belə uğursuzluq yaşayıb.

1998/99
22 iyul. “Arceş” (Rumıniya) – “Dinamo” – 5:1
Rafael Əmirbəyov, 3
2004/05
27 iyul. “Qarabağ” – “Dukla” (Slovakiya) – 0:1
Azər Cabbarov, 62
2014/15
21 avqust. “Partizan” (Serbiiya) – “Neftçi” – 3:2
Denis Silva, 29, Elvin Yunuszadə, 69
2015/16
5 noyabr. “Borussiya” (Dortmund, Almaniya) – “Qəbələ” – 4:0
Sergey Zenyov, 67
2016/17
15 sentyabr. “Anderlext” (Belçika) – “Qəbələ” – 3:1
Rafael Santos, 41
20 oktyabr. “Sent-Etyen” (Fransa) – “Qəbələ” – 1:0
Rikardinyo, 70
2017/18
12 sentyabr. “Çelsi” (İngiltərə) – “Qarabağ” – 6:0
Maksim Medvedev, 82
2019/20
24 oktyabr. “Qarabağ” – APOEL (Kipr) – 2:2
Maksim Medvedev, 29