CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir yaşlı körpə diqqətsizliyin qurbanı oldu

Uşaq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. Mingəçevir şəhərində valideynlərin ehtiyatsızlığı üzündən qaynar su ilə dolu qazan 2018-ci il təvəllüdlü şəhər sakini Bəkirzadə Mədinə Pərviz qızının üzərinə aşıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Günəşli yaşayış massivində baş verib. Körpə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.