HADİSƏ

Ağır qəza baş verdi: Ölən və yaralananlar var

Kəndlərarası marşrut xətti ilə hərəkətdə olan “QAZel” markalı mikroavtobus “VAZ-2107” markalı minik maşını ilə toqquşub
Sputnik

BAKI, 23 oktyabr — Sputnik. Tovuzda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Şamaxı-Yevlax yolunda ağır qəza, yaralananlar var

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Kəndlərarası marşrut xətti ilə hərəkətdə olan “QAZel” markalı mikroavtobus “VAZ-2107” markalı minik maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan sərnişin İsmət Qarayev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Daha iki nəfər - 2005-ci il təvəllüdlü Məmmədova Sunay Məqsəd qızı və 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.