İQTİSADİYYAT

Mikayıl Cabbarovun cavabdeh olduğu nazirlik dəyişdirildi

Prezident İlham Əliyev Mikayıl Cabbarovun Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilməsi barədə Sərəncam imzalayıb
Sputnik

BAKI, 23 oktyabr — Sputnik. Prezident İlham Əliyev Mikayıl Cabbarovun Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən bildirir ki, Azərbaycan Prezidenti digər Sərəncamla M.Cabbarovu Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edib.