Sputnik Azərbaycan UEFA AVRO-2020/Bakı-nın milli informasiya operatoru təsdiq olunub. Tarixdə ilk dəfə olaraq futbol üzrə Avropa çempionatı qitənin 12 şəhərində keçiriləcək. Dörd oyun: qrup mərhələsinin üç görüşü və dörddəbir final matçı Bakıdakı stadionda olacaq.
İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, UEFA AVRO-2020 oyunlarının Bakıda keçirilməsi bir yuxunun reallaşmasıdır: “Bu, Azərbaycanın tarixində əhatəsi ən böyük olan idman tədbiri olacaq. Çempionat ümumilikdə 12 şəhərdə keçiriləcək və onlardan biri də Bakıdır.
Sputnik onlarla ölkədə çoxfunksiyalı redaksiya mərkəzləri olan informasiya agentliyi və radiodur. Sputnik-in missiyası dünyadakı hadisələrin operativ və balanslı işıqlandırılması, auditoriyaya mühüm hadisələrə olan müxtəlif baxışlar barədə məlumat verilməsidir. Sputnik-ə 30-dan artıq dildə saytlar, multimedia mərkəzləri, analoq və rəqəmsal radioyayım, sosial şəbəkələrdə mobil tətbiqlər və səhifələr daxildir.
Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz