SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK-ya yeni üzv təyin edildi

Milli Məclisdə Siyasi partiyaya mənsub olmayan deputatları MSK-da təmsil edəcək yeni üzv müəyyən edilib
Sputnik

BAKI, 22 oktyabr – Sputnik. Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil etmək üçün yeni üzv müəyyən edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.

MSK-ya yeni üzv təyin edildi

Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil etmək üçün Rövzət Qasımovun namizədliyi irəli sürülüb.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib və R.Qasımov Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib.