SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Baş nazirin iki müavini işdən azad edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş nazirinin iki müavininin vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb
Sputnik

BAKI, 21 oktyabr — Sputnik. Baş nazirin iki müavini vəzifəsindən azad edilib. 

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən bildirir ki, bununla əlaqədar Prezident İlham Əliyev iki sərəncam imzalayıb. 

Sərəncamlara görə, Əli Şamil oğlu Həsənov və Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş nazirinin müavinləri vəzifəsindən azad edilirlər. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.