BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanda iki nəfər meyvə dərərkən xəsarət alıb.
Bir hadisə Ağstafa rayonunun Həsənsu kəndində baş verib. Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, kənd sakini, 1985-ci il təvəllüdlü Xudaverdiyev Pərviz Əsgər oğlu həyətində ağacdan xurma yığan zaman yıxılıb. 34 yaşlı kişi dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Astara rayonunda da bənzər hadisıə olub. "Report"un məlumatına görə, rayonun Pəlikeş kənd sakini, 1988-ci il təvəllüdlü Mehman Mirzə oğlu Qasımov həyətində qoz yığarkən ağacdan yıxılıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin diaqnostik müayinələr zamanı onda kəllə-beyin travması, boyun fəqərələrinin zədələnməsi, hər iki qol və əl sümüklərində sınıqlar qeydə alınıb. Daxili orqanlarının zədələnib-zədələnmədiyini dəqiqləşdirmək üçün müayinə aparılır. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.