Bölgədən çəkilməsi gözlənən PKK/YPG terrorçuları atəşkəsi pozub

Türkiyə Müdafiə Nazirliyi məlumat yaydı: Təcavüz və hücumların müxtəlif yüngül və ağır silah ilə aparıldığı müəyyən edilib
Sputnik

BAKI, 19 oktyabr — Sputnik. Suriyanın şimalında PKK/YPG terrorçuları son 36 saatda atəşkəsi 14 dəfə pozub.

ABŞ istəyinə çatdı: Türkiyə 5 günlük atəşi dayandırdı

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

"ABŞ və Türkiyə arasında əldə edilmiş razılaşmaya baxmayaraq, son 36 saatda terrorçular atəşkəsi 14 dəfə pozublar. Təcavüz və hücumlar müxtəlif yüngül və ağır silah ilə aparıldığı müəyyən edilib. Razılığın sağlam bir şəkildə aparılması, özünümüdafiə istisna olmaqla ABŞ ilə anlıq koordinasiya aparılır", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, əldə olunan razılaşma 13 maddədən ibarətdir. Razılaşmaya əsasən Suriyanın şimalında 30 kilometr dərinlikdə yaradılan təhlükəsizlik bölgəsinə Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək.

Türkiyə və Suriya arasında əldə olunan razılaşmada, həmçinin qeyd olunub ki, YPG kürd terror təşkilatında olan iriçaplı silahlar toplanacaq, onların nəzarətində olan xəndəklər, səngərlər məhv ediləcək.

Bundan əlavə, YPG silahları 120 saat (5 gün ərzində) ərzində təhlükəsizlik bölgəsindən çıxmalıdır.

Tramp Türkiyə ilə müharibədən danışdı – Ankaranı böyük sanksiyalar gözləyir>>

Əldə olunan razılaşmada, həmçinin qeyd olunub ki, Birləşmiş Ştatlar tərəfindən Türkiyəyə qarşı tətbiq olunan bütün sanksiyalar ləğv olunmalıdır.

Xatırladaq ki, Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatı 120 saat müddətinə dayandırıb.