İQTİSADİYYAT

Avropa Mərkəzi Bankının sədri dəyişir

Beynəlxalq Valyuta Fondunun eks-rəhbəri Kristin Laqard Avropa Mərkəzi Bankının sədri vəzifəsinə təsdiqlənib
Sputnik

BAKI, 18 oktyabr - Sputnik. Kristin Laqard Avropa Mərkəzi Bankının sədri vəzifəsinə təsdiqlənib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Avropa ittifaqına (Aİ) üzv dövlətlərin rəhbərlərinin sammitində müvafiq qərar qəbul edilib.

K. Laqard noyabr ayının 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, bir müddət əvvəl Avropa Parlamenti K. Laqardın Avropa Mərkəzi Bankının sədri postuna təyinatını dəstəkləyib.

O bu postda italiyalı Mario Draqini əvəz edəcək.

K. Laqard Beynəlxalq Valyuta Fondunun rəhbəri olub.