Pis gün hamını birləşdirir: ABŞ Rusiyada terrorun qarşısını alıb

Rəsmi Vaşinqton 2017-ci ildə Sankt-Peterburqdakı Kazan kilsəsində törədilməsi planlaşdırılan terror aktının araşdırılmasın yardım edib
Sputnik

BAKI, 17 oktyabr - Sputnik. Rəsmi Vaşinqton Moskvaya Rusiya Federasiyası ərazisində terror hücumları planlaşdıran şəxslər barədə məlumat ötürüb.

Rusiyada onlarla terror aktının qarşısı alınıb

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.

FTX direktoru Rusiya tərəfinin amerikalı həmkarlarından nə vaxt məlumat aldığını açıqlamayıb.

Məlumdur ki, rəsmi Vaşinqton 2017-ci ildə Sankt-Peterburqdakı Kazan kilsəsində törədilməsi planlaşdırılan terror aktının araşdırılmasın yardım edib.

Rusiya öz növbəsində Amerika tərəfinə 2013-cü ilin aprelində Bostonda marafon zamanı törədilən terror aktının araşdırılmasına yardım edib.