BAKI, 16 oktyabr — Sputnik. Nyu-Yorkun Kolumbiya Uuniversitetinin alimlərinin araşdırmalarına görə, güclü stres yaşayan qadınlar adətən qız uşağı dünyaya gətirirlər.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, araşdırma zamanı onlar 187 hamilə qadını 27 göstərici fiziki, psixososial və digər göstərici ilə dəyərləndiriblər.
Müəyyən olunub ki, fiziki stress keçirən qadınların dünyaya gətirdiyi qız və oğlanların sayı 4:9 (4 oğlan ) nisbətində olub. Psixi stres keçirən qadınlarda isə bu 2:3 nisbətində olub.
Elmi işin müəlliflərinin fikrincə, kişi embrionlar inkişafın erkən mərhələlərini başa çatdırmaq üçün daha çox vaxta ehtiyac duyurlar. Buna görə də onlar xarici təsirlərə daha həssasdırlar və mənfi şərtlərdə yaşayan analarda daha tez uşaq düşməsi baş verir.
Bu isə xroniki stres altında olan və ya depresiyadan əziyyət çəkən qadınların risk altında olması deməkdir. Onlar meditasiya ilə məşğul olmalı, yaxınlarla ünsiyyət, maraqlı hobbilərlə məşğul olma və zehni sağlamlıqlarını bərpa etmək üçün bir yol tapmalıdırlar.