İDMAN

Türkiyə üçün önəmli gecə

Qalib komanda, demək olar ki, qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin edəcək. İki tərəfdən birinin qalib gəlməsi qrupun liderini müəyyən edəcək
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. AÇ-2020-nin seçmə qruplarında 8-ci tur görüşləri bu gün də davam edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün 3 qrupda 7 qarşılaşma keçiriləcək.

Azərbaycanlı azarkeşlərin böyük maraqla gözlədiyi oyunlarından biri Fransa - Türkiyə matçı olacaq. Qalib komanda demək olar ki, qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin edəcək. İki tərəfdən birinin qalib gəlməsi qrupun liderini müəyyən edəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq və "İdman TV" kanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu gün keçiriləcək 7 qarşılaşmanın hər biri saat 22:45-də start götürəcək.

14 oktyabr

Azərbaycan millisi halal xaldan məhrum edildi

A qrupu

Bolqarıstan - İngiltərə

Kosovo - Çernoqoriya

B qrupu

Litva - Serbiya

Ukrayna - Portuqaliya

H qrupu

Fransa - Türkiyə

İslandiya - Andorra

Moldova - Albaniya