Aİ-dən Türkiyəyə çağırış: Qoşunlarınızı çıxarın

Bəyanatda Aİ, həmçinin Suriya dövlətinin tamlığını, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirilib
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. Avropa İttifaqı (Aİ) Türkiyəni Suriyanın şimal-şərqində həyata keçirdiyi əməliyyatı dayandırmağa və qoşunlarını bu ölkədən çıxarmağa çağırıb.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirlərinin bazar ertəsi qəbul etdiyi bəyanatında deyilir.

Ankara Suriyadakı əməliyyatlarını ABŞ-la koordinasiya etdiyini bəyan etdi

Aİ bəyanatında Türkiyənin hərbi əməliyyatını qınadığını və bu əməliyyatın "bütün regionda sabitliyi və təhlükəsizliyi ciddi olaraq sarsıtdığını" deyib.

"Bu həmçinin İŞİD-lə mübarizə üzrə qlobal koalisiyanın əldə etdiyi əhəmiyyətli irəliləyişi sarsıdır", - Aİ Şurasının Lüksemburqdakı nümayəndələrinin yaydığı bəyanatda deyilir.

Bəyanatda Aİ, həmçinin Suriya dövlətinin tamlığını, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirilib.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Suriyanın şimalında "Kürdüstan Fəhlə Partiyası" və İŞİD terror təşkilatlarına qarşı "Sülh bulağı" adlı əməliyyatın başladığını elan edib.