İDMAN

Azərbaycan millisi halal xaldan məhrum edildi

Keçirdiyi oyunlarda cəmi 1 xal toplayan Azərbaycan yığması AVRO-2020-yə vəsiqə qazanmaq şansını itirib.
Sputnik

BAKI, 13 oktyabr – Sputnik. Azərbaycan milli komandası AVRO-2020-də növbəti oyununu keçirib. Sputnik Azərbaycan xəbər verir ki, millimiz hakim səhvi səbəbindən Macarıstana uduzaraq heç-heçədən məhrum edilib.

Hesab matçın 10-cü dəqiqəsində açılıb. Qolun müəllifi Macarıstan yığmasının oyunçusu Mihay Korhut olub.

Oyuna əlavə edilmiş 3-cü dəqiqədə Azərbaycan yığması cavab qolu vurub. Amma hakim qolu hesaba almayıb. O, Bəhlul Mustafazadənin sinəsi ilə vurduğu qolu əllə vurulan qol kimi ləğv edib.

Bununla da, keçirdiyi oyunlarda cəmi 1 xal toplayan Azərbaycan yığması AVRO-2020-yə vəsiqə qazanmaq şansını itirib.