VİDEO

“Almanı atdım xarala...” – Qubada ənənəvi alma festivalı necə keçdi

Qubada ənənəvi “Alma bayramı” keçirilib. Bayramın hansı ab-havada keçdiyini Sputnik Azərbaycan-ın videosunda izləyin
Sputnik

2012-ci ildən ənənəvi olaraq Qubada keçirilən “Alma bayramı” artıq 6-cı dəfədir qonaqlarını möhtəşəm ab-hava ilə qarşılayır. Yerli və müxtəlif ölkələrdən gələn turistlər, oktyabr havasından yanaqları alma kimi qızaran uşaqlar, məhsullarını təqdim edən fermerlər və onları təbrik etməyə gələn rayon sakinləri... “Alma bayramı” hər kəs üçün maraqlı və əyləncəli keçib.

Xaçmazlı sahibkar məhsulunu təmənnasız paylayır

Festivalın diqqət mərkəzi, təbii ki adından da göründüyü kimi, Qubanın misilsiz və ekoloji cəhətdən sağlam yetişdirilən almaları və ondan hazırlanan cürbəcür mürəbbə və şirniyyatlar olub.

Bundan başqa, qonaqları xalça sərgisi, səhnəciklər, milli rəqslər, oyunlar və konsert də sevindirib. Ən maraqlı məqamlardan biri isə şimal bölgəsinin meyvə-tərəvəzlərini nümayiş etdirən maşınların paradı olub.

Qonaqları isə bayramın sonunda daha bir sürprizlə sevindiriblər. Onlara bayramın sonunda lövhələrdə olan almaları pulsuz yığmaq icazəsi verilib.