BAKI, 11 oktyabr — Sputnik. MDB ölkələri ticarət müharibələri şəraitində özlərini valyuta risklərindən qorumalıdır, perspektivdə vahid maliyyə bazarının formalaşması barədə düşünməyə dəyər.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Aşqabadda keçirilən MDB dövlət başçıları Şurasının iclasında deyib.
Onun sözlərinə görə, burada vacib məqam milli valyutalarda hesablaşmalardır.
"Mən bu gün bütün dünyanın qarşılaşdığı problemi nəzərdə tuturam. Biz bunu görürük. Bunun nəticələri ticarət müharibələri, müxtəlif məhdudiyyətlərdir. Və biz əlbəttə ki, valyuta risklərinə qarşı özümüzə zəmanət verməliyik. Valyuta sahəsində əməkdaşlığı inkişaf etdirmək, valyuta siyasətini razılaşdırmaq lazımdır", - deyə Putin toplantıda bildirib.
"Əgər biz nə vaxtsa buna gedəsi olsaq, onda ümumi maliyyə bazarının formalaşması barədə də danışa bilərik. Əminəm ki, bu, mütləq bizim ümumi rəqabət qabiliyyətimizə fayda verəcək", - deyə Rusiya prezidenti əlavə edib.