CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Jiquli” iki yük maşınının arasında qaldı, 3 nəfər öldü

Hələlik dünyasını dəyişənlərin şəxsiyyəti məlum deyil. Şahidlər ancaq "VAZ-07”nin sürücüsünün adının Taleh olduğunu bildiriblər
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 10 oktyabr — Sputnik. Bakı-Quba yolunun 52-ci km-də Xızı rayonu ərazisində ağır qəza baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, qəza nəticəsində 2 yük avtomobili və "VAZ-07" markalı maşın toqquşub.

Bərdədə ağır qəza, ölənlər var

İlkin məlumata görə, "VAZ-07" arxadan yük maşınına çırpılıb. Digər yük maşını da minik avtomobilini vurub və “VAZ-07” iki yük maşının arasında qalıb. Olay nəticəsində minik avtomobilində olan 3 nəfər dünyasını dəyişib.

Hələlik dünyasını dəyişənlərin şəxsiyyəti məlum deyil. Şahidlər ancaq "VAZ-07”nin sürücüsünün adının Taleh olduğunu bildiriblər.

Meyitlər Sumqayıt morquna aparılıb.