CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Metropoliteni işçi axtarır

Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir. Elektron ərizələr noyabrın 8-nə qədər qəbul edilir. Bu barədə "Bakı Metropolten"i QSC-dən Sputnik Azərbaycan-a məlumat verilib.

Seçimdə iştirak etmək istəyən namizədə dair tələblər isə belədir: yaşı 24-30 arasında olan; ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı; kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə), eləcə də qadınlar iştirak edə bilərlər.

“Əziz qonaqlar, metroda şübhəli şəxs gördükdə...” – Qəribə xitab, yaxud hamıda belədir?

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq.

Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək.

İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.

İddiaçılar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olaraq, "Bizdə iş" yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia edilən peşə kimi "maşinist" göstərilməlidir.