CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masallıda at sahibinə hücum edib

Kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Nazim Sədaqət oğlu sahibi olduğu atın hücumuna məruz qalıb
Sputnik

BAKI, 7 oktyabr - Sputnik. Masallıda at sahibinə hücum edib.

"Report" xəbər verir ki, hadisə Bədəlan kəndində baş verib.

Kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Nazim Sədaqət oğlu sahibi olduğu atın hücumuna məruz qalıb. Nəticədə o, xəsarət alıb.

Yaralı əvvəlcə Masallı Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və müayinə edilib. Ona çənə sümüyünün sınığı və üzün sıyrılmış yaraları diaqnozu qoyulub.