Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 1 491,3 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, avqustun 1-i ilə müqayisədə 0,3% çoxdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, problemli kreditlərin həcmində artım tendensiyası 2019-cu ilin iyulundan başlayıb:
“Bu müddətdə götürülmüş kreditlərin qaytarılmaması əvvəlki illərdəki kredit borcları ilə əlaqəlidir. Bu həm məbləğ, həm də qoyulmuş girovların reallaşdırıla bilməməsi ilə bağlıdır. Növbəti dövrlərdə maliyyə problemlərinin həlli ilə bağlı atılacaq addımların bu problemi həll edəcəyinə inanıram”.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz