CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın Xalq artisti xəstəxanaya yerləşdirildi

Hazırda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə alan xalq artistinin vəziyyəti ağır qiymətləndirilir
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Xalq artisti Ofelya Sənani ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirliyə xəstəxanadan verilən məlumata görə, hazırda reanimasiya şöbəsində müalicə alan Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.