"Düşmənlər 20 milyon zəvvarın Kərbəlaya axın etməsini qəbul edə bilmirlər"

Tehranda Cümə namazını qıldıran ayətullah İmami Kaşani xütbəsində bu gün düşmənlərin Ərbəini həzm edə bilmədiklərini və maneələr yaratmağa çalışdıqlarını söyləyib
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. "Düşmənlər 20 milyon zəvvarın Kərbəlaya axın etməsini qəbul edə bilmirlər".

Sputnik Azərbaycan "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Tehranın cümə namazının xətibi ayətullah İmami Kaşani deyib.

İraqda 100-ə yaxın adam öldü, 2 min yaralı var

Tehranda Cümə namazını qıldıran ayətullah İmami Kaşani xütbəsində bu gün düşmənlərin Ərbəini (İmam Hüseynin 40 mərasimi) həzm edə bilmədiklərini və maneələr yaratmağa çalışdıqlarını söyləyib.

"Düşmən İmam Hüseynin bayrağının dalğalanmasını istəmir. Bu bayraq şəhadət və müqavimət bayrağıdır və bu özəlliyi hər il milyonlarla insanın Kərbəlaya gəlməsinə səbəb olur", - deyə ayətullah dilə gətirib.

Bu arada imam Hüseyn türbəsinin rəsmi saytı Kərbəlaya doğru yola çıxanların görüntülərini yayıb.

Qeyd edək ki, İraq İranla sərhəddəki keçid məntəqələrini bağlayıb. Buna səbəb isə İraqda oktyabrın 1-də yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə nümayişlər başlayıb. Etiraz aksiyalarında 100-ə yaxın adamın öldüyü, iki minədək yaralının olduğu bildirilir.