CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobiliylə qəzaya düşdü, bir yaşlı körpəsi öldü

Xəsarətlə xəstəxanaya yerləşdirilən A.Məhərrəmovun sərnişinlərindən 1 yaşlı qızı Aysun orada dünyasını dəyişib
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib. 

Bərdədə ağır qəza, ölənlər var
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Oktyabrın 4-də Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində Beyləqan şəhər sakini R.Şahkərəmlinin idarə etdiyi "Mercedes" və Yeni Mil qəsəbə sakini A.Məhərrəmovun idarə etdiyi "VAZ-2109" markalı avtomobillər toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A.Məhərrəmovun sərnişinlərindən 1 yaşlı qızı Aysun orada ölüb. Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.