“Rusiyada dörd böyük terror aktının qarşısı alınıb” – Patruşev

Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının Baş katibinin sözlərinə görə, Mərkəz Federal Dairəsində terrorçuluq fəaliyyəti ilə bağlılığı olan 152 nəfər saxlanılıb
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. Rusiya xüsusi xidmət və hüquq mühafizə orqanları ilin əvvəlindən Rusiyanın mərkəzi hissəsində yerləşən böyük şəhərlərində 4 terror aktının qarşısını alıblar.

Azərbaycanla sərhəddə terror aktı törətmək istəyən İŞİD-çi tutuldu

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının Baş katibi Nikolay Patruşev bildirib.

"Bu ilin 8 ayında Tula, Vladimir, Tambov və Varonej şəhərlərində planlaşdırılan 4 terror aktı da daxil olmaqla, terror fəaliyyətinə dair 5 cinayətin qarşısı alınıb", - deyə Patruşev Tula şəhərində Mərkəz Federal Dairəsində təhlükəsizlik məsələləri ilə bağlı iclasda çıxışı zamanı qeyd edib.

Onun sözlərinə görə, Mərkəz Federal Dairəsində terrorçuluq fəaliyyəti ilə bağlılığı olan 152 nəfər saxlanılıb.