SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya Azərbaycana AES tikməyi təklif etdi

"Biz güclü stansiyanı təklif etmişik. Azərbaycanın spesifikası ondan ibarətdir ki, bu ölkədə istehlak artır"
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. Rusiya Azərbaycana Atom Elektrik Stansiyası (AES) tikməyi təklif edib.

İlham Əliyevin Rusiyada çıxışı: "Qarabağ Azərbaycandır və nida işarəsi"

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bunu "Rosatom" dövlət korporasiyasının icraçı direktoru Aleksey Lixaçyov Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşlərinin yekunlarına əsasən bildirib.

"AES Azərbaycandan olan tərəfdaşımızın istədiyi növdə olacaq. Biz güclü stansiyanı təklif etmişik. Azərbaycanın spesifikası ondan ibarətdir ki, bu ölkədə istehlak artır. 2018-ci ildə Azərbaycanda istehlakçıların sərfiyyatı 14% artıb ki, bu da böyük rəqəmdir" - deyə Lixaçyov bildirib.