RUSİYA

Rusiya Universitetinin Bakı filialının müəllimləri də Moskvadan olacaq

Əlilliyi olan və olmayan vətəndaşlar Azərbaycanı tərk etmədən Moskva Dövlət Humanitar İqtisad Universitetinin professorlarından təhsil ala biləcəklər
Sputnik

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 4 oktyabr — Sputnik. 2020-ci ilin sentyabrından etibarən Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) Bakı filialı öz qapılarını azərbaycanlı gənclərin üzünə açacaq. MDHİU inklüziv ali təhsil müəssisəsinin rektoru, professor Vaqif Bayramov Azərbaycanda Rusiyanın növbəti ali təhsil ocağının açılmasının detallarını Sputnik Azərbaycan-a açıqlayıb.

Qeyd edək ki, Rusiya ali məktəblərinin filialları Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin tərəfindən əvvəllər razılaşdırılmış yol xəritəsi əsasında humanitar əməkdaşlıq çərçivəsində açılır.

Rusiya Universitetinin Bakı filialının müəllimləri də Moskvadan olacaq

- Bu qərarı iki ölkənin iqtisadi inkişaf nazirləri öz imzaları ilə dəstəkləyiblər. Hazırda biz bu qərarı yerinə yetirmək mərhələsindəyik. Azərbaycan Paralimpiya Komitəsi bizi filialın inzibati heyətini açmaq üçün ofis sahəsi ilə təmin edir. Təhsil prosesinin həyata keçiriləcəyi sahələri yalnız Azərbaycan Respublikası Təhsil Nazirliyindən gözləmək qalır. Hökumətlərarası komissiyanın protokolunda deyilir ki, artıq 1 sentyabr 2020-ci ildə tələbələr bu filialda oxumalıdırlar.

- Mümkünsə, Universitet haqqında daha ətraflı məlumat verərdiniz.

- Filial unikaldır. Burada əsasən əlilliyi olan uşaqlar təhsil alacaqlar. Ancaq əlilliyi olmayan insanlar da Moskvada olduğu kimi, bu universitetdə oxuya biləcəklər. Düşünürəm ki, yaxın zamanlarda müvafiq qərar veriləcək.

Bakının bu məktəbindən bir məzun belə universitetə qəbul ola bilmədi - İlginc səbəb

Öz növbəsində Bakıda parlamentlərarası komissiyanın iclası keçiriləcək, bu iclasda mən də iştirak edəcəyəm. Orada, ehtimal ki, AR Paralimpiya Komitəsi ilə universitet arasında sonuncuya yer verilməsi ilə bağlı müqavilə təsdiqlənəcək və imzalanacaq. Və orada, ehtimal ki, filialın açılmasına start veriləcək. Biz təhsil prosesinin təşkil olunması üçün yerlə təmin olunacağımızı gözləyəcəyik. Biz hazırıq!

Bilirsiniz, bu gün çox sayda əlilliyi olan Azərbaycan vətəndaşı Moskvadakı universitetimizdə oxuyur. Bu, 87 nəfərə yaxındır. Hətta Uşaq Paralimpiya Komitəsinə universitetimizin məzunu rəhbərlik edir. Bundan əlavə, MDHİU-nun Bakıda işləyən və öz işini əla görən kifayət qədər azərbaycanlı məzunu var. Bu isə onu göstərir ki, sözügedən layihə əlilliyi olan insanlar üçün çox uğurlu layihədir və həyata keçirilməlidir.

- Bakı ilə yanaşı, Azərbaycanın digər şəhərlərində də filial açmaq nəzərdən keçirilirmi?

- Düzü bunu mən müəyyənləşdirmirəm. Buna Prezident və Azərbaycan Təhsil Nazirliyi qərar verir. Əgər onlar belə bir arzularını bildirirlərsə, onda biz hazırıq, çünki Özbəkistanda növbəti layihə (universitetin filialı açılır - red.) həyata keçirilir. Biz bütün keçmiş ittifaq respublikaları ilə işləyirik. Bütün bu ölkələrin nümayəndələri bizim universitetdə təhsil alırlar. Diqqətəlayiq haldır ki, ən çox Azərbaycan və Belarusiyadan olan uşaqlar burada oxuyurlar.

Bakıda universitet tələbəsi vəfat etdi - Yüksək balla qəbul olmuşdu

- Bəs universitetin Azərbaycan filialında hansı müəllim heyəti olacaq?

- Bütün müəllimlər yalnız Moskvadan olacaqlar. Bu filial bizə, yəni Rusiya Federasiyasına aid olduğundan, eyni universitetin müəllimləri yəqin ki, orada tələbələrə dərs deyəcəklər.

- Tələbələrinizi Bakıda hansı ixtisaslar üzrə hazırlayacaqsınız?

- Seçim imkanı genişdir. Moskvada olduğu kimi, arzuya müvafiq. Bizdə çoxlu istiqamətlər var -17 təlim istiqamətimiz mövcuddur. Tələbələr seçimlərindən, fiziki imkanlarından və xəstəliklərin nozologiyasından asılı olaraq qırxdan çox ixtisas üzrə təhsil alırlar. Bu amillərə uyğun olaraq tələbələr peşələrini seçib təhsil alacaqlar.

- Tələbə qəbulu prosesi necə gedəcək? Azərbaycan Dövlət İmtahan Mərkəzi bu prosesə cəlb olunacaq?

- İmtahan Mərkəzinin bu proseslə əlaqəsi yoxdur. Universitet federaldır və Rusiyanın bütün qanunları ona şamil olunur.

Rusiya Federasiyasının təlim proqramından istifadə ediləcək. Biz çay içməyə öz samovarımızla gedirik (gülür - red.).