Gürcüstanla sərhəddə 2 sərhəd pozucusu saxlanılıb

Saxlanılan şəxslərin sentyabrın 25-də Türkiyədən İstanbul-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyən olunub
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. Azərbaycan-Gürcüstan sərhədində 2 Əlcəzair vətəndaşının dövlət sərhədini pozmasının qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 4-də Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində Qax rayonunun Lələli kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Əlcəzair vətəndaşları 1995-ci il təvəllüdlü Bouremad İshak və 1991-ci il təvəllüdlü Boulekroune Farouq sərhəd pozucusu qismində saxlanılıb.

Gürcüstanla sərhəddə 2 sərhəd pozucusu saxlanılıb

Saxlanılan şəxslərin sentyabrın 25-də Türkiyədən İstanbul-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyən olunub. Araşdırma zamanı Əlcəzair vətəndaşları dövlət sərhədini pozaraq Gürcüstana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildiriblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.