CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert bələdiyyələrin nüfuzunun artırılması yollarından danışır

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyir ki, icra hakimiyyətlərinin bələdiyyələrin səlahiyyətlərinə qarışmaq hüququ olmazsa, o zaman bələdiyyələrin nüfuzu arta bilər
Sputnik

“Azərbaycanda 1999-cu ildən bələdiyyə seçkiləri keçirilsə də, hələ gözlənilən ümidləri doğrultmayıb”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri “Bələdiyyə seçkiləri: yerli və beynəlxalq təcrübə” adlı tədbirdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.

O bildirib ki, yerli icra hakimiyyətləri bələdiyyələrə səlahiyyətlərini icra etməkdə mane olur: “Bəzi səlahiyyətlər təkrar olunur. Ona görə də icra hamkiyyətləri bələdiyyələrə səlahiyyətlərini icra etməyə imkan vermirlər. Səlahiyyətlər dəqiq bölünərsə və icra hakimiyyətlərinin bələdiyyələrin səlahiyyətlərinə qarışmaq hüququ olmazsa, o zaman bələdiyyələrin nüfuzu arta bilər. Bələdiyyələr elə olmalıdır ki, icra rəhbərlərinin dəyişməsinin onların fəaliyyətinə hər hansı təsiri olmamalıdır”.

Məhərrəm Zülfüqarlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz