İDMAN

Azərbaycanlı şahmatçıdan əzmkar qələbə - Teymur dünyanın ən yaxşısıdır

Altıncı "tay-breyk"l Rəcəbovun qələbəsi ilə bitib və Azərbaycan təmsilçisi Dünya Kubokunun qalibi olub - 6:4. Rəcəbov Dünya Kubokunun sahibi olan ilk şahmatçımızdır
Sputnik

BAKI, 4 oktyabr - Sputnik. Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında altıncı "tay-breyk" görüşünü keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, azərbaycanlı qrossmeyster çinli Din Lijenlə bu dəfə ağ fiqurlarla üz-üzə gəlib.

Altıncı "tay-breyk" Rəcəbovun qələbəsi ilə bitib və şahmatçımız Dünya Kubokunun qalibi olub - 6:4. Teymur Rəcəbov Dünya Kubokunun sahibi olan ilk şahmatçımızdır.

Qeyd edək ki, final mərhələsində ümumi hesab bərabər olduğu üçün (2:2) "tay-breyk" oynanılıb.

Turnirdə üçüncü yeri fransız Maksim Vaşye-Laqrav tutub.

Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanıb.