HADİSƏ

Bərdədə ağır qəza, ölənlər var

Ağcabədi rayon sakini İ.Ağayev idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı ağaca vurub
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Gəncədə avtomobil qızları vurdu – Hər ikisi məktəbli olub
  Sputnik Azərbaycan xəbər verir ki, oktyabrın 3-ü saat 1 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Ağcabədi rayon sakini İ.Ağayev idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə xəsarət alan sürücü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən Emin Məmmədov və Elgün Kərimov orada ölüblər.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.