HADİSƏ

Bakıda kişi təcili yardım avtomobilinin altında qaldı

Yoldan keçən təcili tibbi yardım avtomobili piyadanı vurmamaq üçün avtomobili yayındırmağa çalışsa da, kişi nəqliyyat vasitəsinin altında qalaraq xəsarət alıb
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Çağırışa gedən təcili yardım maşını yaralı daşımalı oldu

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, təxminən 40-45 yaşlarında, şəxsiyyəti hələlik məlum olmayan kişi sərxoş vəziyyətdə qəfildən yolun yüksək sürətli hərəkət zolağına çıxıb.

Bu zaman yoldan keçən təcili tibbi yardım avtomobili piyadanı vurmamaq üçün avtomobili yayındırmağa çalışsa da, kişi nəqliyyat vasitəsinin altında qalaraq xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.