Fransada polislərə hücum, ölənlər var

Parisdə polis əməkdaşlarına hücum olub. Fransanın Baş naziri Eduard Filip və Daxili İşlər naziri Kristof Kastaner hadisə yerinə gəliblər
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Fransanın paytaxtı Parisdə polis əməkdaşlarına hücum olub. Bu barədə Sputnik AzərbaycanBBC-yə istinadən xəbər verir.

Məlumata əsasən, bıçaqla silahlanmış şəxs Parisin mərkəzində polislərə hücum edib. Nəticədə 4 polis əməkdaşı qətlə yetirilib. Hadisənin digər təfərrüatları açıqlanmır.

Fransa Baş naziri Eduard Filip və Daxili İşlər naziri Kristof Kastaner hadisə yerinə gəliblər.