CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda məktəb direktoru qəfildən öldü

Məktəbin direktoru iş otağında qəfil beyin insultu keçirib. Dərhal hadisə yerinə Təcili Tibbi Yardım Briqadası gəlib və xəstəni 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırıb
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. İş otağında insult keçirən direktor dünyasını dəyişib.

İcra hakimiyyətinin məsul işçisi ofisdə öldü
  Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 293 saylı orta məktəbdə baş verib.

Adıçəkilən məktəbin direktoru Tanrıverdili Vaqif Baba oğlu iş otağında qəfil beyin insultu keçirib. Dərhal hadisə yerinə Təcili Tibbi Yardım Briqadası gəlib və xəstəni 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırıb. Həkimlərin səyinə baxmayaraq V.Tanrıverdili dünyasını dəyişib.

Faktı 293 saylı orta məktəbdən təsdiqləyiblər.