CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident İlham Əliyev siyahıyaalınmada iştirak edib

Bu gündən etibarən Azərbaycan ərazisində əhalinin siyahıyaalınması həyata keçirilir. Proses oktyabrın 1-dən 10-na kimi davam edəcək
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalınma və sorğu vərəqələrinin suallarını cavablandırıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu gündən etibarən Azərbaycan ərazisində əhalinin siyahıyaalınması həyata keçirilir. Proses oktyabrın 1-dən 10-na kimi davam edəcək.