CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkənin strateji yolunda beş gün təmir aparılacaq

Bu səbəblə sürücülərdən magistral yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. Bakı-Qazax-Gürcüstan yolunda təmir işlərinə başlanılıb.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-120-ci km-lik hissəsində (hər iki istiqamətdə) təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılan təmir işləri 01-05 oktyabr tarixlərində görüləcək. Bu səbəblə sürücülərdən magistral yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.