BAKI, 29 sentyabr — Sputnik. Sentyabrın 28-də axşam saatlarında Qax rayonu Lələli kəndinin inzibati ərazisində süni göldə kişi meyiti tapılıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, aparılan araşdırma zamanı suda boğulan şəxsin Şəki rayon sakini 32 yaşlı Asiman Ağəli oğlu Məmmədovun olduğu məlum olub.
Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.