Rusiya 2024-cü ilə SSRİ-ni bərpa edəcək? – Kreml aydınlıq gətirdi

Rusiya və Gürcüstan Tbilisinin neytral statusunun saxlanılması, həmçinin onun NATO-da üzv olmamasına dair danışıqlar aparmır
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ilə qədər Sovet İttifaqını bərpa etməyə dair planı yoxdur. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

SSRİ dövründə göndərilmiş məktub ABŞ-da tapıldı

"Xeyr, belə bir plan yoxdur", – deyə Peskov vurğulayıb.

Peskov eyni zamanda qeyd edib ki, Rusiya və Gürcüstan Tbilisinin neytral statusunun saxlanılması, həmçinin onun NATO-da üzv olmamasına dair danışıqlar aparmır.

Xatırladaq ki, daha əvvəl Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bəyan edib ki, Gürcüstan və Rusiya vahid ölkə ola bilərlər. Onun fikrincə, Rusiya rəhbərliyinin 2024-cü ilə qədər SSRİ-ni bərpa etmək planı var.

O, həmçinin vurğulayıb ki, Gürcüstan rəhbərliyi Moskvanın təzyiqi ilə bağlı NATO-ya daxil olma kursundan imtina edə bilər.