Moskvadan Ankaraya gözlənilməz dəstək – Suriyada kürdlərə qarşı

Moskva üçün Suriyada təhlükəsizlik zonasının yaradılması məsələsi önəm daşıyır. Çünki söhbət bu ölkənin ərazi bütövlüyü və suverenliyindən gedir
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Rəsmi Ankaranın Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq arzu başadüşüləndir. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Nyu-Yorkda jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.

Lavrov və Zelenski arasında görüş baş tutub

"Ankaranın arzusu başadüşüləndir. Çünki ABŞ-ın nəzarətində olan Suriya regionundan terrorçuların axınına səbəb olan çətinliklər meydana gəlib" - deyə Lavrov vurğulayıb.

Onun sözlərinə görə, Moskva üçün Suriyada təhlükəsizlik zonasının yaradılması məsələsi önəm daşıyır. Çünki söhbət bu ölkənin ərazi bütövlüyü və suverenliyindən gedir.

Lavrov vurğulayıb ki, amerikalılar regionda kürdlərdən istifadə edir və "yerli özünü idarə orqanlarının yaradılması ilə bağlı konkret addımlar atılır".