İDMAN

"Liverpul" ağır cəzanın bir addımlığında

Əgər klubun günahı sübuta yetirilərsə, "Liverpul" ya cərimə olunacaq, ya da yarışdan kənarlaşdırılacaq
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. "Liverpul" İngiltərə Liqa kubokundan uzaqlaşdırıla bilər. Sputnik Azərbaycan "BBC sport"a istinadən xəbər verir ki, buna səbəb səfərdə "Dons" klubu ilə III mərhələnin matçında meydana oynamaq hüququ olmayan futbolçunun çıxmasıdır.

Çempionlar Liqası: “Ölüm qrup”larında gözlənilməz nəticələr

Belə ki, qarşılaşmanın 63-cü dəqiqəsində dəyişiklik zamanı meydana Keytanın əvəzinə 22 yaşlı ispan futbolçu Pedro Çirevella daxil olub. Futbolçu ilk dəfə 2016-cı ildə "Liverpulu"un heyətində oynasa da, son üç mövsümü başqa klublar tərəfindən kirayələnib.

Yaranmış problemlə bağlı artıq araşdırma başlanılıb. Əgər klubun günahı sübuta yetirilərsə, "Liverpul" ya cərimə olunacaq, ya da yarışdan kənarlaşdırılacaq.

İngiltərə klubunun rəsmisi açıqlamasında oyunçulardan biri ilə bağlı yaranmış problemdən xəbərdar olduqlarını, araşdırma başa çatmayana qədər hər hansı şərh verməyəcəklərini bildirib.