HADİSƏ

Şəkidə məktəblini maşın vurub

Uşağa qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır
Sputnik

BAKI, 27 sentyabr — Sputnik. Şəkidə 12 yaşlı məktəblini avtomaşın vurub.

DYP valideynlərə müraciət etdi – Qaydalara riayət edin

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında Şəki şəhər 7 saylı tam orta məktəbin qarşısında baş verib.

Şəki rayonunun Kiş kənd sakini, 2007-ci il təvəllüdlü Səid Ələddin oğlu Ramazanlı dərsdən çıxıb evə gedən zaman avtomobilin zərbəsilə üzləşib. Qəza zamanı xəsarət alan 12 yaşlı məktəbli Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.