SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğandan gözlənilməz addım, Trampa elə şey təklif etdi ki...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün ABŞ-ın "Fox" telekanalına müsahibəsində bildirib ki, "S-400"lə bağlı məsələ Türkiyə - ABŞ münasibətlərini tamamilə pozmamalıdır
Sputnik

BAKI, 27 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatlardan olan həmkarı Donald Trampa Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri ilə yanaşı, ABŞ istehsalı olan "Patriot" zenit-raket kompleksləri almaq niyyətində olduğunu bildirib. Bu barədə Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir.

"Mən onlara təklif etdim. Mən Trampa dedim ki, "S-400"lə yanaşı, paralel olaraq sizdən "Patriot" ala bilərik", - deyə Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti qeyd edib ki, Tramp isə buna cavab olaraq bu məsələ üzrə birgə işləməyi təklif edib.

Putin Ərdoğana "F-35"lərin alternativini göstərdi

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün ABŞ-ın "Fox" telekanalına müsahibəsində bildirib ki, "S-400"lə bağlı məsələ Türkiyə - ABŞ münasibətlərini tamamilə pozmamalıdır: "Bunu açıq şəkildə qeyd etmək istəyirəm ki, ABŞ-ın "S-400" məsələsi ilə bağlı mövqeyini təhdid olaraq görmürəm. Niyə? Çünki biz cənab Obamanın dövründə "Patriot"ları istədik, amma bizə "Konqres izn vermir" dedilər və bu sistemləri bizə vermədilər. Daha sonra cənab Trampın dönəmində də bu raketləri almaq istədik, amma bu zaman da ala bilmədik. Biz isə müdafiə sistemində ehtiyacımızı ödəməli idik. Bunun üçün də müdafiə sistemləri ilə bağlı Rusiya ilə belə bir addım atdıq. Çox yaxşı kredit şərtləri və ortaq istehsal sahəsində razılığa gəlincə, bu addımı atmaq qərarına gəldik", - deyə Türkiyə prezidenti vurğulayıb.

O, eyni zamanda qeyd edib ki, şərtlər yaxşı olacağı təqdirdə, ABŞ-dan da hava hücumundan müdafiə sistemləri alına bilər: ""S-400"lə bağlı məsələ Türkiyə - ABŞ münasibətlərini pozmamalıdır. Çünki Türkiyənin müdafiə sahəsində bu sistemlərə ehtiyacı var. "S-400"lərə bənzər sistemlər Yunanıstan, Bolqarıstan, Slovakiyada da var. Onlar da NATO ölkəsidir. Onlara olarsa, Türkiyəyə niyə olmaz?"