İDMAN

İngilislər əndazəni aşdılar - 250 milyon funt-sterlinq istəyirlər

Avropanın tanınmış klubları oyunçunu heyətinə cəlb etmək istəyir. Buna görə də biz futbolçu üçün rekord məbləğ müəyyənləşdirdik
Sputnik

BAKI, 26 sentyabr — Sputnik. İngiltərənin "Tottenhem" klubu ulduz futbolçu Harri Keynin qiymətini artırıb.

AFFA tanınmış futbol klubu ilə bağlı qərar verdi

Sputnik Azərbaycan "The Sun"a istinadla xəbər verir ki, futbolçunu əldə etmək istəyən klub 250 milyon funt-sterlinqindən keçməli olacaq. Klub bu addımı Keyni itirməmək üçün atdığını bildirib. Bu isə o deməkdir ki, 26 yaşlı forvard bu il də "Tottenhem"in heyətində qalacaq. Klub prezidenti Daniel Levi açıqlamasında bildirib ki, Avropanın tanınmış klubları oyunçunu heyətinə cəlb etmək istəyir: "Buna görə də biz futbolçu üçün rekord məbləğ müəyyənləşdirdik".

Qeyd edək ki, futbol tarixində ən bahalı transfer Fransanın "PSJ" klubuna məxsusdur. Belə ki, fransızlar Neymara görə İspaniyanın "Barselona" klubuna 198 milyon funt-sterlinq ödəyiblər.