İDMAN

Altıncı dəfə zirvədə: Messi “İlin ən yaxşı futbolçusu” elan edilib

İlin ən yaxşı futbolçusu adına həmçinin "Yuventus"un portuqaliyalı hücumçu Kriştian Ronaldu və "Liverpul"un müdafiəçisi Vircil van Deyk namizəd olublar.
Sputnik

BAKI, 24 sentyabr - Sputnik. İspaniyanın "Barselona" komandasının argentinalı hücumçusu Lionel Messi FİFA tərəfindən "İlin ən yaxşı futbolçusu" elan edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təşkilatın Twitter hesabında bildirilir. Qeyd edilir ki, mükafatlandırılma mərasimi Milanda keçirilib.

​İlin ən yaxşı futbolçusu adına həmçinin "Yuventus"un portuqaliyalı hücumçu Kriştian Ronaldu və "Liverpul"un müdafiəçisi Vircil van Deyk namizəd olublar. Kriştianu Ronaldo tədbirə qatılmayıb.

Bu mükafatı 6-cı dəfə qazanan L.Messi bunadək 5 dəfə (2009, 2010, 2011, 2012, 2015) qalib olmuşdu. K.Ronaldo 5 dəfə (2008, 2013, 2014, 2016, 2017) ən yaxşı seçilib. Son qalib isə ötən il bu mükafata yiyələnən xorvatiyalı Luka Modriç olub.

FİFA 2019-cu ilin ən yaxşı məşqçisinin adını da açıqlayıb. Bu ada “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp layiq görülüb. O, “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettino və “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiolanı arxada qoyub.

Qeyd edək ki, ən yaxşı qadın futbolçu adına Meqan Rapinoe (ABŞ, “Reyg”) sahib çıxıb. O, Lusi Bronz (İngiltərə, “Lion”) və Aleks Morqanı (ABŞ, “Orlando Prayd”) arxada qoyub.