CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ikiqat dəhşət: qohumunu öldürüb, özünü transformatora saldı

Hadisənin baş verdiyi ərazidən bir qədər kənarda, elektrik transformatorunun içindən başqa bir meyit aşkar edilib. Araşdırmalar nəticəsində meyitin psixi xəstə, 62 yaşlı Sərvər Rzayevə aid olduğu müəyyən edilib
Sputnik

BAKI, 23 sentyabr — Sputnik. Sabunçu rayonunun Bilgəh qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.

Bakıda ahıl qadını öldürdülər – Gəlini çəkiclə qətlə yetirib
  Sputnik Azərbaycan-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qəsəbənin 28 May küçəsində bıçaqla qətlə yetirilmiş Zakir Abbasovun meyiti aşkar edilib.

Hadisənin baş verdiyi ərazidən bir qədər kənarda isə elektrik transformatorunun içindən başqa bir meyit aşkar edilib. Araşdırmalar nəticəsində meyitin psixi xəstə, 62 yaşlı Sərvər Rzayevə aid olduğu müəyyən edilib.

Məlumata görə, S. Rzayev öz qohumunu bıçaqla qətlə yetirdikdən sonra transformatora girib, elektrik xəttinə toxunaraq intihar edib. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb.