İDMAN

Güləşçimiz dünya çempionatında gümüş medal qazandı

Cəbrayıl Həsənov finalda ABŞ təmsilçisi Kayl Deykə 2:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.
Sputnik

BAKI, 22 sentyabr — Sputnik. Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov final görüşünə çıxıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, 79 kq çəki dərəcəsində güləşən ikiqat Avropa çempionumuzun rəqibi ABŞ təmsilçisi Kayl Deyk olub. 

Görüş ötənilki dünya çempionatında olduğu kimi, yenə Deykin qələbəsi ilə yekunlaşıb.

İlk yarıda 0:2 hesabı ilə geri düşən Həsənov ikinci hissənin əvvəlində də rəqibinin müqavimətini qıra bilməyib. Nəticədə o, 2:4 hesabı ilə uduzaraq, yenə gümüş medalla kifayətlənib.