İDMAN

Daha bir güləşçimiz gümüş qazandı

97 kq çəki dərəcəsində yer alan ikiqat Avropa çempionumuz Şərif Şərifov uduzaraq gümüş medalla kifayətlənib.
Sputnik

BAKI, 22 sentyabr — Sputnik. Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Şərif Şərifov final görüşünə çıxıb.

Sputnik Azərbaycan xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan ikiqat Avropa çempionunun rəqibi Rusiya təmsilçisi Abdulrəşid Sadullayev olub.

İlk yarı Sadullayevin üstünlüyü ilə tamamlanıb - 3:0. İkinci hissədə də rəqibinə xal verən Şərifov 0:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

Xatırladaq ki, bu gün daha bir idmançımız gümüş medal qazanıb. 79 kq çəki dərəcəsində güləşən ikiqat Avropa çempionumuz Cəbrayıl Həsənov final görüşündə uduzaraq ikinci yerlə kifayətlənməli olub.