HADİSƏ

Rusiyada azərbaycanlıları aparan avtobus qəzaya düşdü – Ölən və yaralılar var

Qəza nəticəsində həlak olanlar 1993-cü il təvəllüdlü Axtın və 1994-cü il təvəllüdlü Qayakənd sakinləridir
Sputnik

BAKI, 20 sentyabr — Sputnik. Rusiyada Azərbaycan vətəndaşlarının olduğu mikroavtobus qəzaya uğrayıb. 

Sumqayıtda dəhşətli qəza, iki nəfər öldü - FOTO, VİDEO
Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən bildirir ki, hadisə Dağıstanın Qayakənd rayonunun "Kavkaz" avtomobil yolunda baş verib.

Məlumata əsasən, "Lada Qranta" və "Hyundai Solaris" markalı avtomobillər Azərbaycan dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb, 8 nəfər yaralanıb. Qəza nəticəsində həlak olanlar 1993-cü il təvəllüdlü Axtın və 1994-cü il təvəllüdlü Qayakənd sakinləridir.

Yaralılar Qayakənd xəstəxanasına çatdırılıblar. Xəstəxanaya yerləşdirilənlərdən üçünün Azərbaycan vətəndaşı olduğu bildirilir. Hazırda faktla bağlı araşdırmalar aparılır.