CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qarabağ" - "Sevilya" oyununda kuryoz: canlı yayımda hesabı göstərdi - VİDEO

"Qarabağ" növbəti görüşünü səfərdə Lüksemburqun "Düdelanj" komandasına qarşı keçirəcək. Lüksemburq çempionu Ağdam təmsilçisini "Cosi Bartel" stadionunda 3 oktyabrda qəbul edəcək
Sputnik

BAKI, 20 sentyabr — Sputnik. Avroliqanın qrup çərçivəsində "Qarabağ" klubu "Sevilya"nı qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, oyundan öncə futbolçuların fəxri düzülüşü zamanı kuryoz hadisə qeydə alınıb. Belə ki, "Sevilya" futbolçularının qarşısında dayanan uşaqlardan biri əli ilə "üç" göstərib.

Məlumat üçün bildirək ki, dünən Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan "Qarabağ" - "Sevilya" oyunu ispanların 0:3 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ" növbəti görüşünü səfərdə Lüksemburqun "Düdelanj" komandasına qarşı keçirəcək. Lüksemburq çempionu Ağdam təmsilçisini "Cosi Bartel" stadionunda 3 oktyabrda qəbul edəcək.